Özbəklər hazırlıq üçün Bakını seçiblər
Özbəkistan ağırlıqqaldırma millisi Azərbaycanda təlim-məşq toplanışındadır.
Komanda.az Asiya təmsilçisi bir ay Bakıda hazırlıq keçəcək.
Özbəklər ölkəmizə 14 ağırlıqqaldıranla gəliblər. Onlar arasında Ruslan Nurudinov və Əkbər Curayev də var. Nurudinov Rio-2016, Curayev isə Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibidir.
Özbəkistan millisinin Bakıda təlim-məşq toplanışı keçməsində məqsəd fevralda baş tutacaq Asiya çempionatına və yayda təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşmaqdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin