
Özbək futbolçu “Real”ın azarkeşinin istəyini geri çevirdi
“Mançester Siti”nin və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov azarkeşlərdən birinə avtoqraf verməkdən imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bir azarkeş ondan “Real”ın formasını imzalamağı xahiş etsə də, rədd cavabı alıb.
20 yaşlı Xusanov çox güman ki, “şəhərlilər”lə müqavilə öhdəliklərinə görə azarkeşin tələbini yerinə yetirməyib. O, yalnız “Mançester Siti”nin və Özbəkistan millisinin formasını imzalaya bilər.
Özbək futbolçu bu ilin yanvarında “Mançester Siti”yə keçib və 2029-cu ilə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



