Özbəkistan yığması Bakıda toplanışdadır
Özbəkistanın ağırlıqqaldırma üzrə kişilərdən ibarət yığma komandası Azərbaycanda təlim-məşq toplanışındadır.
Komanda.az xəbər verir ki, kollektivin Bakıya gəlişində məqsəd 3-10 fevral tarixlərində Daşkənddə keçiriləcək Asiya çempionatında uğurlu çıxış, həmçinin Paris 2024 Olimpiya Oyunlarına yaxşı hazırlaşmaqdır.
Qonaqlar yeni istifadəyə verilmiş təlim-məşq bazasında bütün lazımi şəraitlə təmin olunublar. Onların toplanışı fevralın 4-nə qədər davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin