Özbəkistan millisi DÇ-2026-ya vəsiqə qazandı

Özbəkistan millisi tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək. 

Komanda.az xəbər verir ki, özbəklər final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin millisi ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Bununla da, sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin edib. Özbəklərin yarışdığı A qrupunda daha əvvəl İran millisi (hazırda 9 oyundan sonra 21 xalı var) mundiala vəsiqə qazanmışdı. İkinci vəsiqənin sahibi isə özbəklər olub (9 oyundan 18 xal). 

Bugünkü heç-heçə onların BƏƏ üzərində dörd xallıq üstünlüyünü qorumağa imkan verib.

Dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun-19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button