Ozanlı “Eyndhoven”dən son oyunda heç-heçə
Futbol üzrə Niderland birinci divizionunda mövsümün sonuncu – 38-ci turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası meydanı heç-heçə ilə tərk edib – 1:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
“Eyndhoven” mövsümü 58 xalla 20 kollektiv arasında 8-ci pillədə başa vurub. Bu da komandaya Erediviziyaya sonuncu vəsiqə uğrunda pley-off oyunlarına qatılmaq imkanı yaradıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin