Ozan yenə qol vurdu, “Eyndhoven” darmadağına sevindi
Futbol üzrə Niderland birinci divizionunda 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Maastrixt”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:0.
Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Komandasının 4-cü qolunu da 72-ci dəqiqədə millimizin yarımmüdafiəçisi vurub.
“Eyndhoven” 6 oyuna topladığı 16 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin