Ozan Tufan İngiltərə klubu ilə anlaşıb

Türkiyə millisinin üzvü Ozan Tufan karyerasını “Hall Siti”də davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İngiltərənin Çempionşip təmsilçisi ilə razılığa gəlib. Ozanla 2 və ya 3 illik müqavilə imzalanacaq. O, bu həftə sonunda klubun düşərgəsinə qoşulacaq.

Müqavilə ilə “Fənərbaxça”ya məxsus olan Tufan ötən mövsüm icarə əsasında “Uotford”da oynayıb.

“Hall Siti”nin sahibi “TV 8” kanalının rəhbəri Acun Ilıcalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button