Ozan Tufan “Fənərbaxça”nı əzəli rəqibinə dəyişir

Bir müddət öncə “Fənərbaxça”nın heyətindən kənarlaşdırılan Ozan Tufan “Beşiktaş”la anlaşıb.

Komanda.az “Akşam Spor”-a istinadən xəbər verir ki, klubdan ayrılmağa qərar verib, rəhbərlikdən pulunu istəyən Tufan “4,5 milyon avroluq sərbəst qalma pulunu gətir, istədiyin komandaya get” cavabı alıb.

Tufan “Fənərbaxça” ilə problemini həll etsə, onun əzəli rəqibi olan “Beşiktaş”la müqavilə imzalayacaq.

27 yaşlı yarımmüdafiəçi “Konyaspor”la matçdan sonra Məsut Özillə birlikdə heyətdən kənarlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button