
Ozan Kabakı “Ştutqart” üçün “Bavariya” alıb? – Açıqlama
Almaniyanın “Ştutqart” klubu “Qalatasaray”dan 11 milyon avro qarşılığında transfer etdiyi Ozan Kabakla bağlı açıqlama yayıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “Ştutqart”, 18 yaşlı futbolçunun keçidində “Bavariya”nın maddi olaraq kömək etdiyi və bunun qarşılığında, Ozanı əvvəlcədən müəyyənləşdirilmiş məbləğə istədiyi vaxt transfer edə biləcəyi haqqında iddialara cavab verib:
“Ozan Kabak tamamilə “Ştutqart”a aiddir, başqa heç bir klub transfer məsələsinə qarışmayıb. Niyə belə əsassız fikirlər yayılır, anlamırıq. Bu transferi təkcə özümüz etmişik”.
Münhen klubu bu təcrübədən əvvəllər də istifadə edib. Belə ki, “Verder” 2016-cı ildə “Arsenal”dan 5 milyon avro müqabilində Serj Qnabrini transfer edərkən, “Bavariya” futbolçunun gələcək transfer haqqını almışdı. 2017-ci ildə bu haqdan istifadə edən “Bavariya”, əvvəlcədən müəyyənləşdirilən 8 milyon avronu ödəyərək, Qnabrini heyətinə qatmışdı.
Bizi Facebook-da izləyin