Ozan Kabak ilkə imza atdı
Futbol üzrə Türkiyə yığmasının müdafiəçisi Ozan Kabak İngiltərənin “Liverpul” klubunun heyətində UEFA Çempionlar Liqasında debüt edib.
Komanda.az xəbər verir ki, Almaniyanın “Leypsiq” klubu ilə səfər matçında start heyətdə meydana çıxan 20 yaşlı futbolçu ilkə imza atıb.
Belə ki, Ozan bir İngiltərə klubunun heyətində ÇL matçına çıxan ilk türk futbolçu kimi tarixə düşüb.
Xatırladaq ki, “Liverpul” Ozan Kabakı bu qış Almaniyanın “Şalke” klubundan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb. 2019-cu ildə “Qalatasaray”dan “Şalke”yə transfer olunan gənc müdafiəçinin Bundesliqa klubu ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
ÇL-in 1/8 final mərhələsi çərçivəsində keçirilən “Leypsiq” – “Liverpul” matçında qonaqlar 2:0 hesabıyla qalib gəliblər.
Bizi Facebook-da izləyin