
Ozan Canlı “Eyndhoven” səfərdən 1 xalla qayıtdı
Futbol üzrə Niderland birinci divizionunda 8-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Almere Siti” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib.
“Eyndhoven” 8 oyuna topladığı 17 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin