Ozan Canlı “Eyndhoven” darmadağına üzüldü
Futbol üzrə Niderland birinci divizionunda 26-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Qroningen”lə qarşılaşıb və 0:3 hesabıyla məğlub olub.
Ozan da bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb.
“Eyndhoven” hazırda 32 xalla 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin