Ozan Canın vurduğu qol “Telstar”a bəs etmədi

Futbol üzrə Niderland 2-ci liqasında 34-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ekselsior”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da Kökçü vurub. O, 38-ci dəqiqədə bu matçda hesabı açıb. Lakin “Telstar” 90-cı dəqiqədə buraxdığı qolla qələbəni əldən verib.

Qeyd edək ki, bu, Ozanın “Telstar”ın heyətində keçirdiyi 14 oyunda 2-ci qoludur. Müqavilə ilə “Sabah”a məxsus olan futbolçu, Niderland klubunda icarə əsasında çıxış edir.

“Telstar” 2-ci liqada 34 turdan sonra 40 xalla 11-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button