Ozan Canın komandasını 1/8 finala buraxmadılar
Niderland kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün komandası “Eyndhoven” də bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Sittard”la qarşılaşıb və 0:2 hesabıyla məğlub olaraq kubokla vidalaşıb.
Ozan Can bu görüşdə 90 dəqiqə meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin