
Ozan Canın komandasını 1/8 finala buraxmadılar
Futbol üzrə Niderland kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökcünün komandası – “Eyndhoven” də bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Breda” ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabıyla bitdiyinə görə qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Əlavə vaxtda daha bir qol vuran “Breda” 1/8 finala yüksəlib – 2:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin