Ozan Canın komandası yenə 1 xalla kifayətləndi
Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ümraniyyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ozan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Girəsunspor” 21 turdan sonra 22 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin