Azərbaycan millisinin üzvünün klubu baş məşqçiylə yollarını ayırdı
Türkiyənin “Girəsunspor” klubu baş məşqçisi Ümit Özatla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi 1-ci liqa təmsilçisi, Özatla qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
42 yaşlı mütəxəssisin göndərilməsinə səbəb, komandanın son oyunlardakı uğursuz çıxışı olub.
“Girəsunspor” 20 turdan sonra 21 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin