Ozan Can üçün 21 dəqiqə və 1 xal
Futbol üzrə Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Balıkəsirspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.
“Girəsunspor” 27 turdan sonra 28 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin