Ozan Can qol vurdu, komandası xal itirdi
Futbol üzrə Niderland birinci divizionunda 28-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Alkmar”ın ikinci komandası ilə qarşılaşıb. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Ozan da bu görüşün iştirakçısı olub. Start heyətdə çıxan azərbaycanlı futbolçu sonadək oynayıb. Komandasının yeganə qolunu da 65-ci dəqiqədə Ozan vurub.
“Eyndhoven” hazırda 34 xalla 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin