Ozan Can qol vurdu, “Eyndhoven” evdə xal itirdi

Futbol üzrə Niderland birinci divizionunda 7-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Roda” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.

Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 80-ci dəqiqədə əvəzlənib. Komandasının 3-cü qolunu da 63-cü dəqiqədə penaltidən dəqiq yararlanan Kökçü vurub.

“Eyndhoven” hazırrda 18 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button