
Ozan Can PSV-yə qarşı 75 dəqiqə oynadı
Futbol üzrə Niderland 2-ci liqasında 20-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv doğma meydanda PSV-nin gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
“Telstar” 20 oyuna topladığı 20 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin