Ozan Can oynadı, “Telstar” səfərdən 1 xalla döndü

Futbol üzrə Niderland 2-ci liqasında 33-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Almere Siti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan da bu matçın iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb.

Müqavilə ilə “Sabah”a məxsus olan Ozan, Niderland klubunda icarə əsasında çıxış edir.

“Telstar” 2-ci liqada 33 turdan sonra 39 xalla 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button