Ozan Can oynadı, komandası evdə uduzdu
Futbol üzrə Niderland 2-ci liqasında 38-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ayaks”ın gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Ozan da bu matçın iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.
Müqavilə ilə “Sabah”a məxsus olan Ozan, Niderland klubunda icarə əsasında çıxış edir.
“Telstar” 2-ci liqada 38 turdan sonra 41 xalla 13-cü sırada qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin