Ozan Can mövsümün son matçında iştirak etmədi
Futbol üzrə Türkiyə 1-ci liqasında mövsümə yekun vurulub.
Komanda.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da sonuncu matçına çıxıb.
Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Ozan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsində də yer almayıb.
“Girəsunspor” mövsümü 36 xalla 18 kollektiv arasında 14-cü pillədə başa vurub. Ozan Can isə mövsüm ərzində cəmi 14 oyuna çıxıb və bu görüşlərdə 4 sarı vərəqə ilə cəzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin