Ozan Can ehtiyatda qaldı, komandası…
Futbol üzrə Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “İstanbulspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ozan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Girəsunspor” 26 turdan sonra 27 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin