“Öz oyunumuzu sərgiləyə bilmədiyimiz üçün uduzduq”
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Türkiyədə “Sivasspor”a qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin kapitanı 0:2 hesabı ilə uduzduqları oyundan sonra qardaş ölkə mətbuatına açıqlamasında bunları deyib:
“Biz qardaş komandayıq. “Sivasspor”u təbrik edirəm. Yaxşı oynadılar. Rəqib bizi yaxşı analiz etmişdi. Əks-hücumlara yaxşı çıxdılar. Bizim bu yöndə bir az çatışmazlıqlarımız var. Qələbə qazanmaq üçün gəlmişdik, amma alınmadı. Öz oyunumuzu sərgiləyə bilmədiyimiz üçün uduzduq. Deyiləcək başqa bir söz yoxdur. Digər oyunlara daha yaxşı hazırlaşmalıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin