“Öz oyunumuzu ikinci hissədə tapdıq” – Franko Foda
“Birinci hissədə rəqib üstün idi və təzyiqi artırdı. İkinci hissədə öz oyunumuzu tapdıq və daha yaxşı oynadıq”.
Komanda.az xəbər verir ki, bu sözləri “Sürix”in baş məşqçisi Franko Foda Bakıda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
O, bəzi səhvlər etdiklərini deyib:
“İlk yarı rəqibin, ikinci hissə isə bizim hesabımıza yazıla bilər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin