“Oyunun əvvəlində vurduğumuz qollar Şotlandiyanı qorxuya saldı” – Naqelsmann
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Şotlandiya ilə keçirilən AÇ-2024-ün açılış oyunu ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssis oyundan əvvəl belə bir nəticəyə inandığını deyib:
“Qarşılaşmadan əvvəl belə bir hesab desəydilər, inanardım. İlk 20 dəqiqədə çox fərqli oyun nümayiş etdirdik. Oyunun əvvəlində vurduğumuz qollar Şotlandiyanı çox təəccübləndirdi və qorxuya saldı.
Camal Musiala və Florian Virts baxımlı qollar vurdular. Onların performansından çox razı qaldım. Sevinirəm ki, komandamın hər bir üzvü tərifə layiqdir. Macarıstanla görüşdə daha fərqli Almaniya millisi görəcəksiz”.
AÇ-2024-ün A qrupunun ilk matçında Almaniya Şotlandiya yığmasına 5:1 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin