“Oyunun ədalətli nəticəsi heç-heçə idi” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 18-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Şikayətlənməyi sevməyən məşqçiyəm. Amma kiçik komandayıq, birdən-birə altı nəfərin olmaması böyük faciədir. Nə oyunu dəyişmək olur, nə də gücləndirmək. Futbolçulara təşəkkür edirəm. Dominant futbol oynadıq. Sadəcə, bəxtsizliyə görə uduzduq. Elə oyunlar olub ki, layiq olmamışıq, amma qalib gəlmişik. Məğlubiyyətə layiq deyildik. Yaxşı oynadıq. Topa nəzarət bizdə idi, keyfiyyətli oynadıq. “Sumqayıt”ı təbrik edirəm. Matç həm onlar, həm də bizim üçün vacib idi. Çox uzaqda deyilik. Yolumuza davam edəcəyik. Toplanışımız olacaq. Mütləq güclənəcəyik. İki-üç oyunçu gələcək. Həm Ağabala Ramazanov, həm də David Qomis mövsümü başa vurub. Onların yerini doldurmaq üçün belə addım atacağıq. Onlar olsaydı, buna ehtiyac yox idi. “Səbail” düzgün yoldadır, komandanın xarakteri var. “Sumqayıt” elə-belə komanda deyil. Onları bu heyətlə qapılarına otuzdurduq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Uduzmamalı idik. Hansı komanda bir qol vursaydı, qalib gələcəkdi. “Sumqayıt”ın qələbəsini kiçiltmirəm, vuruşdular. Premyer Liqa səviyyəsində yaxşı oyun oldu”.
Bizi Facebook-da izləyin