“Oyunun taleyini ilk hissədə həll etməliydik” – Renduliç
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Şamaxı” ilə bərabərlik (2:2) haqda danışıb.
Komanda.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Öncə “Şamaxı”nı bir xal qazanması münasibəti ilə təbrik edirəm. Birinci hissədə bu oyunun taleyini həll etməliydik, lakin qol buraxdıq və rəqib bundan istifadə etdi. Sonda oyun bərabərliklə nəticələndi.
“Makkabi” ilə çox çətin oyun oynadıq. Bu, 3 saat çəkdi. Oyunçularımız həm mental, həm də fiziki baxımdan əziyyət çəkdilər.
Əlbəttə, bəhanələrə sığınmaq istıməzdim. 3 sarı vərəqəyə görə çıxan oyunçularımız var idi. İlk onbirlikdə bir çox oyunçu dəyişməli olduq. Bizim çox da variantımız yox idi”.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin