“Oyunun taleyini detallar həll edə bilər” – “Qarabağ”ın hücumçusu
“Qarabağ”ın futbolçusu Olavio Juninyo Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, braziliyalı hücumçu Braqada qeydə alınan 4:2 hesablı qələbənin komandanı arxayınlaşdırmayacağını deyib:
“İlk oyunun nəticəsi “Braqa”nı təəccübləndirmədi. Çünki bizi tanıyırdılar, bu cür oynayacağımızı gözləyirdilər.
Bakıda maraqlı oyun olacaq. Rəqibimiz çox güclü komandadır. Oyuna ciddi hazırlaşmışıq. “Braqa” mövsümə başqa turnirdə başlamışdı, indi Avropa Liqasındadır. Bu da onların təhlükəli olduğunu göstərir. Doğma azarkeşlərimizin qarşısında oynamağımız önəmli faktordur. “Braqa” yaxşı komandadır. Oyunun taleyini detallar həll edə bilər. Buna diqqət yetirməliyik. Doğma azarkeşlərimiz qarşısında oynamağımız üstünlükdür”.
Juninyo “Qarabağ”a qısa zamanda uyğunlaşdığını bildirib:
“Qarabağ” uzun illərdir avrokuboklarda iştirak edir, Avropa təcrübəsi var. Tez bir zamanda bura uyğunlaşdım. Bunda məşqçi amili, oturuşmuş komanda faktoru var. İnanıram ki, azarkeşləri sevindirəcəyik”.
Braziliyalı forvard “Braqa” tərəfində mərhəlini keçmək və qələbə qazanacaqları barədə əmin açıqlamalara münasibət bildirib:
“Komandada ab-hava əladır. futbolçularımız oyuna köklənib. Belə açıqlamalar inanmıram bizə təsir etsin. Çətin matç keçirdik. Əsas oyun burda olacaq. Bu avroliqadır. Burda istənilən nəticə ola bilər. Şansları 50/50 olaraq görürəm Və ümid edirəm nəticə bizim üçün yaxşı olacaq.
Fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.
Akif Əhmədov
Bizi Facebook-da izləyin