“Oyunun sonunda belə qol buraxmaq çox üzücüdür”

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Tottenhem” “Bodo Qlimt”i 3:1 hesabı ilə məğlub edib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, oyunun son dəqiqələrində buraxılan qol, londonluların baş məşqçisi Angelos Postekoqlunun narazılığına səbəb olub:

“Oyunun sonunda belə qol buraxmaq çox üzücüdür. Rəqibin çoxlu imkanları yox idi. Frankfurt “Ayntraxt”ı ilə oyunda da daha çox qol vurmalı idik. Amma cavab görüşündə də bu şəkildə oynasaq, mərhələni keçəcəyimizə şübhə etmirəm”.

Cavab oyunu gələn həftə Norveçdə, “Bodo Qlimt”in stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button