“Çelsi” ilə oyunun ən yaxşısı – Ancelottiyə görə
“Real”ın baş məşqçisi Karlo Ancelotti UEFA Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə ilk oyunundan sonra (2:0) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis Federiko Valverdeni matçın ən yaxşı oyunçusu hesab etdiyini bildirib:
“Yəqin ki, Valverde görüşün ən yaxşısı idi. O, müdafiədə komandaya çox kömək etdi. Enerjili idi. Topu komandaya geri qaytarmaqda da çox işlər gördü”.
“Real”ın futbolçusu Vinisius Junior oyunun ən yaxşı futbolçusu seçilib.
“Çelsi” – “Real” cütünün cavab qarşılaşması aprelin 18-də İngiltərədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin