“Oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
– Futbolçularımı təbrik edirəm. Ağır oyun oldu. Çox vacib qələbə idi. “Qəbələ”ni də təbrik edirəm. Çox yaxşı oyun sərgiləyirlər.
– Dünən “Neftçi”nin xal itirməsi, futbolçuların üzərində təzyiqlər yaradırdımı?
– Ola bilsin, həyəcan olsun. Çalışırıq ki, oyunumuzu daha da yaxşılaşdıraq. Çempionat ağır keçir. Xal itkiləri də olacaq. Matçda gərginliyin olduğu hiss edilirdi.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin