“Oyunumuzdan razı qalmadım” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 10-cu turunda səfərdə “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonra bunları söyləyib:

“Turan Tovuz”u təbrik edirəm. Öz oyunumuzdan razı qalmadım. Komanda ritmi itirmişdi. Bunu hiss etdim. Hər bir halda xallarımızın üzərinə 1 xal gəldi. İtkilərimiz də var idi. Milli fasilə ərəfəsində yorğunluq çox idi. Marko Yankoviç millidə zaədələnib. 1-2 həftə bizimlə olmayacaq. 2 qol vursaq da, qələbə üçün bəs etmədi. 3-cü qolu vurmaq lazım idi. Son vaxtlar çempionatda nadir hallarda 2 top buraxırıq. “Turan Tovuz” standart vəziyyətlərdə təhlükəlidir. Hər iki komanda layiq olduğunu qazandı.

Qarşıda “Bayer”lə oyun var. Əlbəttə, ciddi rəqibdir. Tək çıxış etdiyi çempionata görə yox, həm də oyununa görə. İstərdim ki, bütün futbolçular hazır olsun. Heyət optimal deyil. Çalışacağam ki, bəzi şeylər haqda daha çox düşünüm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button