“Oyunu erkən bitirə bilərdik” – Samir Abasov
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı və rəqibi təbrik edirəm. “Karvan”dan xoşum gəldi. Sevindirici haldır ki, oyunu zədəsiz başa vurduq. Komandam “panika”ya düşmədi və istədiyimizi yerinə yetirdilər. Son oyunöncəsi əhvalımızın korlanmasına icazə vermədilər. Oyunu erkən bitirə bilərdik. Bəzi epizodlara ürəklə yanaşsaydılar, narahatlıq olmazdı. Rəqib sona qədər eyni oyunu oynadı. Aşağı liqa klublarının belə oyunu normaldır. Əsas olan qələbə qazanmaq idi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin