Polşa mətbuatı Mahir Emrelini fərqləndirdi – “Varşavada çox qalmayacaq”
Polşa mətbuatı yay fasiləsində Ekstraklasaya keçən futbolçuların çıxışını dəyərləndirib.
Komanda.az xəbər verir ki, oyunlarına görə fərqləndirilən futbolçular arasında “Legiya”da çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli də yer alıb. Bu barədə “sport.wprost.pl” saytı məlumat yayıb.
Xəbərdə, Emreliylə yanaşı, Vladan Kovaçeviç (“Rakov”), Mixal Pazdan (“Yagelloniya”), Kamil Qrosiçki (“Poqon”), Lukaş Podolski (“Qornik”), Joao Amaral (“Lex”), Damian Kadzior (“Pyast”), Mayk Navroçki (“Legiya”) və Matey Hanuşek (“Visla”) fərqləndirilib.
Mahirin “Legiya”da çıxışına belə davam edəcəyi halda, Polşada çox qalmayacağı və daha səviyyəli çempionata üz tutacağı qeyd olunub.
Bu yay “Qarabağ”dan ayrılaraq “Legiya”ya keçən Mahir Emreli Varşava təmsilçisi ilə 13 oyunda 6 qol vurub.
Bizi Facebook-da izləyin