
“Oyunlar arasında ən çətini bu oldu” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:
“Öncə futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Çox əziyyət çəkdilər. Rəşadı da təbrik edirəm. Get-gedə daha yaxşı mübarizə aparan komanda yetişdirir. Oyunlar arasında ən çətini bu oldu. Çox düşünülmüş, ağıllı oyun nümayiş etdirdilər.
Benzyanın hazırda oyunundan razıyam. Bu gün ola bilər ki, daha yorğun idi. Bununla belə ondan razıyam və istədiklərimi yerinə yetirə bilən oyunçudur. Kadinin zədəsinə gəlincə, ümid edirik ki, ciddi olmaz. Qarşıdakı günlərdə daha yaxşı bəlli olar.
15 xal ciddi rəqəmdir. Bu oyunlarda bəlkə də hiss olunur ki, oyunçularda arxayınlıq var. Çox da üstlərinə getmirəm. Çünki bəzən futbolçular da yorulur və futboldan yorulurlar. Bəlkə də onların belə oyunlarda belə olması mənim gələcək planlarım üçün faydalı olar. İl boyu nə qədər şey tələb etmək olar? Hazırda futbolçularda tükənmişlik halı var. Bəzən mənim də yorğun hallarım olur. Bəzən bunun belə olmasının futbolçularıma böyük faydası olacaq. Hər biri peşəkardır. Yenə də bütün oyunlara yaxşı hazırlaşırlar”.
Nəzrin
Bizi Facebook-da izləyin



