Qrizmannı ağladan oyun
Fransalı hücumçu Antuan Qrizmann milli komandanın DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub etdiyi matç barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, final oyunu barədə də fikir bildirib:
“Belçika ilə oyundan sonra ağladım (DÇ-2018, yarımfinal). İndi diqqətimi finala cəmləşdirirəm. Yalnız bazar günü keçiriləcək matçı düşünürəm. Biz bir araya gəlməli, daha da yaxşı mübarizə aparmalı və bazar günü keçiriləcək final görüşünə hazırlaşmalıyıq”.
Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), həlledici mərhələyə çıxa bilib. Onların rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin