
Eriksen: “Qalib gəlmək üçün yetərincə enerjimiz var idi”
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen komandasının Premyer Liqanın 33-cü turunda “Vulverhempton”a məğlubiyyətini (0:1) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı futboçu baş verənlərin səbəbini oyunların sıx qrafiki ilə əlaqələndirmir:
“Düşünürəm ki, bunu başa vurmaq olduqca asan idi. Aprelin 18-də (Uefa Avropa Liqasında “Lion”la cavab matçı) oynayıb-oynamamağımızın fərqi yoxdur. “Vulverhempton”a qalib gəlmək üçün yetərincə enerjimiz var idi. Son mərhələdə kifayət qədər yaxşı deyildik. Bir sözlə, bu, futboldur. Bəzən yaxşı oyun sərgiləyirsən, amma qol vurmursan, rəqibin həmişə qabağa keçmək və qələbəni qoparmaq şansı olur. Təəssüf ki, onlar məhz belə etdilər”.
“Mançester Yunayted” 38 xalla Premyer Liqada turnir cədvəlinin 14-cü, “Vulverhempton” da eyni xalla 15-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



