Qattuzo özündən çıxdı: “Bu işi kameralar qarşısında deyil, öz üsulumla həll edəcəm”
“Milan”da baş məşqçi Cennaro Qattuzo ilə futbolçu Timo Bakayoko arasında mübahisə yaranıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə “Milan”ın “Bolonya”nı məğlub etdiyi oyunda (2:1) yaşanıb. Qarşılaşmada Lukas Biqliyanın zədələnməsindən sonra Qattuzo, Bakayokoya hazırlanmağını deyib. Bakayokonun ağır hərəkət etməsiylə isə tərəflər arasında mübahisə yaranıb.
Bakayokonun baş məşqçini təhqir etdiyi iddia edilir. Oyundan sonra açıqlama verən Qattuzo, məsələ ilə bağlı bunları deyib:
“Hər şey hörmətə bağlıdır. Açıq və dürüst olmalıyam. Oyunçular mənə istədiklərini deyə bilər, ancaq əsas olan komandaya və komanda yoldaşlarına hörmətlə yanaşmaqdır.
Bakayokoya hazırlaşmasını dedim, ancaq aradan 7-8 dəqiqə keçdi, hazır olmamışdı. Mən də başqa oyunçu çağırdım. Bu işi kameralar qarşısında deyil, öz üsulumla həll edəcəm”.
“Milan”da bir müddət əvvəl Bakayoko məşqə gecikdiyi üçün cəzalandırılmışdı.
Bizi Facebook-da izləyin