“Bu komanda dünyanın ən sevimli və hörmətli klubudur” – “Real”ın prezidenti

“Real”ın prezidenti Florentino Peres hücumçu Kilian Mbappenin “kral klubu”nun oyunçusu kimi təqdimat mərasimində çıxış edərkən, komandanın əhəmiyyətindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Peres “Real”ın dünyanın ən sevimli və hörmətli klubu olduğunu bildirib:

“Oyunçularımızı stadionumuzda nümayiş etdirə bilmək çox gözəldir. Hər dəfə yeni futbolçunun klubumuzun formasını ilk dəfə geyinməsini görəndə bu, bayram anı olur.

Bu komanda dünyanın ən sevimli və hörmətli klubudur. Santyao Bernabeu və ya Alfredo Di Stefano, Gento və ya Kopa kimi böyük futbolçularımız hamısı “Real” mifini yaradıblar”.

Mbappe iyunun 3-də rəsmən “Real”ın futbolçusu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button