Sarri sevinir
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri İtaliya A Seriyasının 29-cu turunun “Yuventus”la matçını (2:1) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularının xarakter göstərdiyini vurğulayıb:
“Oyunçularımın xarakteri ilə fəxr edirəm. Məşq zamanı olan müsbət əhval-ruhiyə oyunda da özünü göstərdi. Komandam oyundan qopmurdu. Bu, əla idi. Sevinirəm.
Biz İtaliya çempionatında sabit mübarizə aparsaq da, avrokuboklarda problemlər özünü göstərir. Qarşıda bizi çoxlu oyunlar gözləyir”.
Paytaxt təmsilçisi hazırda İtaliya çempionatının turnir cədvəlində 58 xalla ikinci, “Yuventus” isə 44 xalla yeddinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin