“Oyunçularımdan çox razı qaldım” – Kurban Berdıyev

Bu gün “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sabah”ın qonağı olub.

Komanda.az xəbər verir ki, 2:2 hesablı heç-heçə ilə bitən matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı oyundan çox razı qaldığını bildirib:

“Mən artıq paltardəyişmə otağında uşaqlara dedim ki, biz birinci hissənin ilk dəqiqələrini uduzduq. Amma uşaqlar sonradan xarakter göstərdi. Oyunçularımdan çox razı qaldım.

İkinci hissədə bəzi oyunçuların mövqe səhvinə görə qol buraxdıq. “Sabah”ın da haqqını danmaq olmaz. Onlar da bu vəziyyətlərdən yaxşı yararlandılar. Ümumən oyunçularım yaxşı çıxış etdi.

Bəli, Şəhriyar Əliyevin yoxluğu hiss olunurdu. Amma uşaqlar oyunun öhdəsindən gəldi.

Tam olaraq desəm ki, razıyam, bu, yalan olar. Amma ümumilikdə razıyıq, oyunçular yavaş-yavaş uyğunlaşır. Azarkeşlərimizə də belə münasibətə görə təşəkkür edirəm. Oyunçularım oyundan-oyuna daha çox can yandırır, qələbə qazanmaq üçün əllərindən gələni edir. Komandamda nizam-intizam yüksək səviyyədədir və təcrübə onu göstərir ki, belə olan halda sürpriz nəticələr gəlir. Nizam-intizamı müəyyən hissələrə bölmək olmaz, sırf bu, komanda ilə və meydandankənar amillərlə bağlıdır.

Otto Cona təklif gəldiyinə görə “9 nömrə” axtarırdıq, amma pleymeyker istənilən komandaya lazımdır”.

“Turan Tovuz” növbəti turda evdə “Araz-Naxçıvan”ı qəbul edəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button