
Pioli: “Oyunçularıma və azarkeşlərə yazığım gəlir”
“Milan”ın sabiq baş məşqçisi, hazırda “Əl-Nəsr”ə rəhbərlik edən Stefano Pioli keçmiş komandasının indiki vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, “Milan”dakı vəziyyətin onu əsəbiləşdirdiyini bildirib:
“Əlbəttə, “Milan”dakı vəziyyət məni əsəbiləşdirir. İndi mən çox uzaqdayam, amma oyunçularıma və azarkeşlərə yazığım gəlir, çünki əvvəllər Milanda sehrli və həyəcanlı bir hadisə baş vermişdi. Ümid edirəm ki, onlar əvvəlki enerjilərini bərpa edəcəklər”.
Portuqaliyalı çalışdırıcı Serjio Konseysaonun rəhbərlik etdiyi “Milan” UEFA Çempionlar Liqasının pley-off mərhələsində gözlənilmədən “Feyenoord”a uduzaraq, mübarizəni dayandırıb. Komanda A Seriyasında isə ardıcıl üç məğlubiyyətdən sonra 9-cu pillədə qərarlaşıb.
Konseysao dekabrın sonunda vəzifəsindən uzaqlaşdırılan Paulo Fonsekanı əvəzləyib.
Bizi Facebook-da izləyin