“Oyunçularım layiq olduqları finala vəsiqə qazandılar” – Deşam
“Bazar günü titulu qazanmağa çalışacağıq”.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa millisinin çalışdırıcısı Didye Deşam DÇ-2022-nin yarımfinalında Mərakeş yığmasını məğlub etdikləri matçdan sonra (2:0) mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis finala qədər oyunların asan keçmədiyini dilə gətirib:
“Final olmasa da, yarımfinal görüşü idi. Artıq bir aydır ki, birlikdəyik. Oyunlar heç də asan olmadı. Bəzən bizim də bəxtimiz gətirdi. Bununla belə, oyunçularım layiq olduqları finala vəsiqə qazandılar”.
Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), finala adını yazdırıb. Onların finaldakı rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin