“Oyunçulara görə məyusam” – Aleksey Baqa
“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Ölkənin ən yaxşı komandası bu gün meydanda idi. Çox yaxşı atmosfer vardı. Bizi dəstəkləyən kifayət qədər azarkeş var idi. “Qarabağ” kimi komandalara qarşı nəticə əldə etmək üçün imkanlardan yararlanmaq lazımdır. Alınmırsa, cəzalanacaqsan. Son dəqiqələrdə qollar buraxdığımız üçün təəssüf hissi keçirirəm. Daha çox futbolçulara görə pis oldum. Meydanda öz güclərini qoydular. Texniki zonada biz də müəyyən hisslər keçiririk. Lakin daha çox oyunçulara görə məyusam”.
Bizi Facebook-da izləyin