“Futbola mərc edirsənsə, deməli, boş və axmaqsan” – Keçmiş futbolçu
“Milan”ın keçmiş oyunçusu Paolo Di Kanio mərc edərkən yaxalanan italyan futbolçulardan danışıb.
Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, Di Kanio bu cür hallarda futbolçulara güzəşt edilməməli olduğunu bildirib:
“Siz axmaqsız. Futbola mərc edirsənsə, deməli, boş və axmaqsan. Bu cür hallarda güzəşt edilməməlidir. Ediləcək çox şey var, amma onlara haqq qazandırmaq olmaz. İndiki ilə futbolçu olduğum zaman arasında böyük fərq var. İndi zaman dəyişib, çünki oyunçular öz klublarının arxasında gizlənirlər”.
Bundan əvvəl bir neçə italiyalı futbolçu qanunsuz mərc etməkdə ittiham olunmuşdu. “Yuventus”un yarımmüdafiəçisi Nikolo Faqioli mərc iddiasına görə 7 ay müddətinə futboldan uzaqlaşdırılıb. Həmçinin, “Nyukasl”ın futbolçusu Sandro Tonali 1 illik cəza ilə üzləşə bilər.
Bizi Facebook-da izləyin