“Oyunçular məni dəstəkləməyi dayandıran gün əşyalarımı yığıb evə gedəcəm” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubundakı gələcəyindən danışıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis oyunçuların ona inandığını bildirib:

“Oyunçular məni dəstəkləməyi dayandıran gün əşyalarımı yığıb evə gedəcəm. Finalda, “Real”la matçda məğlubiyyətlər ağrı və təzyiq yaradır. Amma komanda güclüdür, oyunçular bizə inanırlar. Düzdür, çox zəif oynadıq, lakin biz ötən mövsümün uğurunu təkrarlamaq istəyirik”.

Hazırda “Barselona” İspaniya çempionatında 41 xalla 4-cü yeri tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button