İki futbolçusu “Barselona”dan narazıdır

İspaniyalı yarımmüdafiəçi Dani Olmo və hücumçu Pau Viktorun “Barselona”dakı gələcəyi şübhə altındadır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda Kataloniya klubunda mövsümün ikinci yarısı üçün hər iki futbolçunun qeydiyyatı rədd edilib.

“Barselona” rəhbərliyi qərarla razılaşmır və vəziyyəti düzəltmək üçün işləməyə davam edəcək. Ancaq heç nə edə bilməsələr, mövsümün qalan hissəsində Olmo və Viktorsuz qalacaqlar.

Hər iki oyunçu narazıdır, çünki əvvəllər “Barselona” onları problemin artıq həll olunduğuna inandırıb. Olmo yayda “Leyptsiq”dən “Barsa”ya keçib, Pau Viktor isə iyulda “Jirona”dan transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button